SOCAR-da media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası | FOTOLAR

SOCAR-da media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası    | FOTOLAR
  22 İyun 2026    Oxunub:34
22 iyun 2026-cı il tarixində Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın Baş ofisində gənc media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub.
AzVision.az xəbər verir ki, əvvəlcə media nümayəndələri “Azərbaycan Nefti Sərgisi” ilə tanış olublar.

Vitse-prezidentin müavini, “SOCAR Midstream Qaz Əməliyyatları” şirkətinin icraçı direktoru Polad Rüstəmovun və "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədovun iştirakı ilə təşkil olunan sessiyada gənc jurnalistlərə təqdimatlar əsasında Azərbaycanın enerji ixracı marşrutları infrastrukturu, o cümlədən Cənub Qaz Dəhlizi və onun genişlənmə perspektivləri, həmçinin ölkəmizdə təbii qazın paylanması istiqamətində tətbiq olunan innovativ həllər barədə məlumatlar verilib.

Təşkil olunan digər sessiyada SOCAR prezidentinin müşaviri, şirkətin baş iqtisadçısı Ramin Dənyarovun, Enerji sektorunun təhlili şöbəsinin rəisi Emil Qasımzadənin və İqtisadi təhlil seqmentinin aparıcı iqtisadçısı Ayan Qulizadənin qlobal enerji və iqtisadi proseslər barədə dəqiq və vaxtında məlumatlandırmanın əhəmiyyəti mövzusunda çıxışları dinlənilib.

Sessiyalar çərçivəsində gənc media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qalereya




Teqlər:



Xəbər lenti